2026-cı ildə ABŞ, Kanada və Meksikada təşkil olunacaq dünya çempionatının püşkatma mərasimi üçün səbətlər açıqlanıb.
Sportinfo.az xəbər verir ki, bu barədə FİFA-nın saytı məlumat yayıb.
Dekabrın 5-də keçiriləcək püşkatmanı səbətləri aşağıdakı kimidir:
1-ci səbət: Kanada, Meksika, ABŞ, İspaniya, Argentina, Fransa, İngiltərə, Braziliya, Portuqaliya, Niderland, Belçika, Almaniya
2-ci səbət: Xorvatiya, Mərakeş, Kolumbiya, Uruqvay, İsveçrə, Yaponiya, Seneqal, İran, Koreya Respublikası, Ekvador, Avstriya, Avstraliya.
3-cü səbət: Norveç, Panama, Misir, Əlcəzair, Şotlandiya, Paraqvay, Tunis, Fil Dişi Sahili, Özbəkistan, Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Afrika.
4-cü səbət: İordaniya, Kabо-Verde, Qana, Kurasaо, Haiti, Yeni Zelandiya, Avropa pley-off oyunlarının qalibləri (4 komanda) və FİFA pley-off qalibləri (2 komanda).
2026-cı il dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada təşkil olunacaq. Turnirdə tarixdə ilk dəfə olaraq 48 komanda yarışacaq.

