79 yaşı var, yenə dünya çempionatına getmək istəyir: "Telefonum həmişə açıqdır"

79 yaşı var, yenə dünya çempionatına getmək istəyir:

2021-ci ildən bəri işsiz qalan Qus Hiddink növbəti dünya çempionatında işə qayıtma ehtimalını istisna etməyib.

Sportinfo.az xəbər verir ki, 79 yaşında olan niderlandlı mütəxəssis “A Bola”-ya açıqlamasında bunun hələ də mümkün olduğunu deyib:

“Dünya çempionatı saf sehrdir. Avropa və dünya çempionatları inanılmazdır.

Dik Advokat 78 yaşındadır və daha bir mundiala gedir. Bu, 5-7 həftəlik möhtəşəmlikdir!

Mən beş Avropa və dünya çempionatında iştirak etmişəm. Daha birinə qoşula bilərəmmi? Şübhəsiz! Telefonum həmişə açıqdır”.

Hiddinkin son iş yeri hazırda Dik Advokatın rəhbərlik etdiyi Kurasao millisi olub. Onun sabiq komandası DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Noyabr 08:50 Bu liqada TƏYİNATLAR