DÇ-2026-nın posterində Ronaldoya yer tapılmadı - FOTO

DÇ-2026-nın posterində Ronaldoya yer tapılmadı - FOTO

2026-cı il dünya çempionatının yeni rəsmi posteri FIFA tərəfindən ictimaiyyətə təqdim edilib.

Sportinfo.az xəbər verir ki, poster dizaynında turnirdə iştirak edəcək yığmaların futbolçuları ilə yanaşı, son dünya çempionu, Argentina millisinin kapitanı Lionel Messinin təsvirinə də yer verilib.

Bununla belə, altıncı dəfə mundialda iştirak etməyə hazırlaşan Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldonun və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriçin posterə salınmaması müzakirələrə səbəb olub.

Azarkeşlər daha çox Ronaldonun dünya çempionatları tarixində rekordçu olmasına baxmayaraq, vizual materialda əks olunmamasını anlaşılmaz hesab ediblər.

FIFA məsələ ilə bağlı rəsmi açıqlama yaymayıb. Lakin bir sıra beynəlxalq media qurumları FIFA Prezidenti Canni İnfantinonun bu qərarın verilməsində mümkün rolunun ola biləcəyini iddia edirlər.

Portuqaliyalı ulduz vinqer bu yaxınlarda verdiyi açıqlamada növbəti DÇ-nin onun üçün sonuncu mundial olacağını bildirmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
20 Noyabr 23:40 “And-aman edirdi ki...”
20 Noyabr 17:50 Çək və bizə göndər!