Türkiyə rəqib(lər)ini tanıdı - DÇ-2026-da “pley-off”un püşkü atıldı

Türkiyə rəqib(lər)ini tanıdı - DÇ-2026-da “pley-off”un püşkü atıldı

Bu gün 2026-cı ildə ABŞ, Meksik və Kanadada təşkil olunacaq dünya çempionatının Avropa zonası üzrə pley-off oyunlarının püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, mərasim FİFA-nın mənzil qərargahında keçirilib.

Pley-off oyunlarında iştirak edəcək millilər qrup mərhələsində 2-ci yeri tutan 12 komanda, həmçinin Millətlər Liqasının 4 Liqa qalibidir (hansı ki, Avropa kvalifikasiyasında öz qruplarını 2-ci yerdən aşağıda başa vurublar).

Hər pley-off yolu iki yarımfinal cütlüyündən ibarətdir. Hər cütlükdə "səpələnmişlər" və "səpələnməmişlər" səbətində yer alan bir komanda iştirak edir. 1-ci səbət komandası 4-cü səbət komandası ilə, 2-ci səbət komandası isə 3-cü səbət komandası ilə qarşılaşacaq.

Püşkün nəticəsinə əsasən, Türkiyə millisi pley-off-da Rumıniya komandası ilə görüşəxək. Bu cütün qalibi pley-off-un finalında Slovakiya – Kosovo cütünün qalibi ilə qarşılaşacaq. Türkiyə qalib gəlsə, pley-off-un finalında matçı səfərdə keçirəcək.

2026 Dünya Kuboku Avropa seçmələrinin pley-off cütləri belədir:

A yolu

İtaliya – Şimali İrlandiya qalibi / Uels – Bosniya və Herseqovina qalibi

B yolu

Ukrayna – İsveç qalibi / Polşa – Albaniya qalibi

C yolu

Türkiyə – Rumıniya qalibi / Slovakiya – Kosovo qalibi

D yolu

Danimarka – Şimali Makedoniya qalibi / Çexiya – İrlandiya Respublikası qalibi

Yarımfinallar 26 mart 2026-cı il, final oyunları isə 31 mart 2026-cı il keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti