DÇ-2026-nın Avropa üzrə pley-offun püşkü atılacaq - BU GÜN

DÇ-2026-nın Avropa üzrə pley-offun püşkü atılacaq - BU GÜN

Bu gün 2026-cı ildə ABŞ, Meksik və Kanadada təşkil olunacaq dünya çempionatının Avropa zonası üzrə pley-off oyunlarının püşkü atılacaq.

Sportinfo.az xəbər verir ki, mərasim FİFA-nın mənzil qərargahında keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Pley-off oyunlarında iştirak edəcək millilər qrup mərhələsində 2-ci yeri tutan 12 komanda, həmçinin Millətlər Liqasının 4 Liqa qalibidir (hansı ki, Avropa kvalifikasiyasında öz qruplarını 2-ci yerdən aşağıda başa vurublar).

Hər pley-off yolu iki yarımfinal cütlüyündən ibarətdir. Hər cütlükdə "səpələnmişlər" və "səpələnməmişlər" səbətində yer alan bir komanda iştirak edir.

1-ci səbət komandası 4-cü səbət komandası ilə, 2-ci səbət komandası isə 3-cü səbət komandası ilə qarşılaşacaq.

"Səpələnmiş" komandalar yarımfinal pley-off oyunlarını öz meydanlarında keçirəcəklər. Yarımfinal cütlüklərinin qalibləri finala vəsiqə qazanacaq.

Hər pley-off finalı üçün əvvəlcədən lotereya keçiriləcək və qaliblərdən hansı komandanın öz meydanında oynayacağı müəyyən ediləcək.

Yarımfinallar 26 mart 2026-cı il, final oyunları isə 31 mart 2026-cı il keçiriləcək.

Pley-offun püşkatması üçün səbətlərin tərkibi aşağıdakı kimidir:

1-ci səbət: İtaliya, Danimarka, Türkiyə, Ukrayna;

2-ci səbət: Polşa, Uels, Çexiya, Slovakiya;

3-cü səbət: İrlandiya, Albaniya, Bosniya və Herseqovina, Kosovo;

4-cü səbət: İsveç, Rumıniya, Şimali Makedoniya, Şimali İrlandiya.

Digər Xəbərlər
Xəbər Lenti