Tanınmış ukraynalı məşqçi Oleq Fedorçuk millilərinin DÇ-2026-nın seçmə mərhələsində qrupu ikinci pillədə başa vurmasına münasibət bildirib.
Sportinfo.az xəbər verir ki, 64 yaşlı mütəxəssis xüsusən də, İslandiya ilə son matçdakı 2:0 hesablı qələbəyə toxunub.
Onun fikrincə, Ukrayna yığmasının bu uğuru islandların heyətlərinin kasad olmasından qaynaqlanır:
“Fransa ilə üç gün əvvəlki oyunla müqayisədə millimizin start heyətində 8 dəyişiklik var idi. İslandlar isə Azərbaycanla matçdakı heyətdə cəmi 3 əvəzetmə etmişdilər.
Bu da onların heyətinin məhdud olmasından xəbər verir. İslandiya Azərbaycanla matç üçün həm uzun yol qət etməli olmuşdular, həm də Bakıda çətin oyun keçirmişdilər.
Buna görə də komandamız son turda daha dinamik, rəqib isə yorğun idi”.
Ukrayna yığması dünya çempionatına vəsiqə uğrunda pley-off oynayacaq.

