DÇ-2026-ya vəsiqə qazanan ölkələrin sayı 30-a çatdı - SİYAHI

DÇ-2026-ya vəsiqə qazanan ölkələrin sayı 30-a çatdı - SİYAHI

DÇ-2026-nın seçmə mərhələsinin matçlarından sonra daha bir komanda əsas mərhələyə vəsiqəni təmin edib.

Sportinfo.az xəbər verir ki, bu, Xorvatiya yığmasıdır.

Sözügedən milli L qrupunun 7-ci turunda Farer adaları üzərində 3:1 hesablı qələbə qazanıb.

Bununla da xallarının sayını 19-a çatdıran xorvatlar son turun nəticəsindən asılı olmayaraq qrup birinciliyini təmin ediblər.

Xorvatiya millisi DÇ-2026-da iştirak hüququna yiyələnən 30-cu komanda olub.

Daha əvvəl Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Qətər, İngiltərə, Səudiyyə Ərəbistanı, Kot-d'İvuar, Seneqal, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Koreya, İordaniya, Avstraliya, Ekvador, Braziliya və Fransa DÇ-2026-nın final mərhələsinə vəsiqə əldə edib. ABŞ, Kanada və Meksika isə ev sahibləri kimi turnirə birbaşa vəsiqə qazanıblar.

DÇ-2026-nın əsas mərhələsində tarixdə ilk dəfə olaraq 48 komanda mübarizə aparacaq. Yarış iyunun 11-də start götürəcək və iyulun 19-da başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
15 Noyabr 18:10 Çək və bizə göndər!