Fransa, İngiltərə və İtaliya qələbə qazandı, Portuqaliya uduzdu - DÇ-2026-da NƏTİCƏLƏR

Fransa, İngiltərə və İtaliya qələbə qazandı, Portuqaliya uduzdu - DÇ-2026-da NƏTİCƏLƏR

2026-cı ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində növbəti tur başlayıb.

Sportinfo.az xəbər verir ki, bu gün 4 fərqli qrupda ümumilikdə 8 oyun keçirilib.

Bu oyunlar sırasında Azərbaycan - İslandiya matçı da olub. Millimiz evdə İslandiyaya 0:2 hesabı ilə uduzub.

D qrupunun digər matçında Fransa Ukraynanı darmadağın edib - 4:0. Nəticədə Fransa sona 1 tur qalmış mundialın final mərhələsinə vəsiqəni təmin edib.

İ qrupunda İtaliya Moldovaya, K qrupunda İngiltərə Serbiyaya qalib gəlib. F qrupunda isə Portuqaliya İrlandiyaya uduzub.

D qrupu

21:00. Azərbaycan - İslandiya - 0:2

Qollar: Qudmundsson, 20, İnqaon, 39

23:45. Fransa - Ukrayna - 4:0

Qollar: Mbappe, 55-pen; 83, Olise, 76, Ekitike, 88

F qrupu

21:00. Ermənistan - Macarıstan - 0:1

Qol: Varqa, 33

23:45. İrlandiya - Portuqaliya - 2:0

Qollar: Parrot, 17, 45

Qırmızı vərəqə: Ronaldo, 59

İ qrupu

21:00. Norveç - Estoniya - 4:1

Qollar: Sorlot, 50, 52, Haaland, 56 62 - Saarma, 64

23:45. Moldova - İtaliya - 0:2

Qollar: Mançini, 88, Esposito, 90+2

K qrupu

23:45. Andorra - Albaniya - 0:1

Qol: Asllani, 67

23:45. İngiltərə - Serbiya - 2:0

Qollar: Saka, 28, Eze, 90

Digər Xəbərlər
Xəbər Lenti
13 Noyabr 03:30 Millimiz finala yüksəldi