"Qarşımızda çox iş var" - Meksika prezidenti DÇ-2026-dan danışdı

"Qarşımızda çox iş var" - Meksika prezidenti DÇ-2026-dan danışdı

Meksika prezidenti Klaudiya Şeybaum qarşıdan gələn 2026-cı il dünya çempionatı ilə bağlı danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu tarixi an adlandırıb:

“Bizim üçün bu, təkcə ən yaxşı komandaları şəxsən izləmək şansı deyil, həm də özümüzü sübut etmək, dünyaya Meksikanın nə olduğunu göstərmək üçün bir fürsətdir. Ö

lkəmiz tarixi bir an yaşayır. Qarşımızda çox iş var, amma bir neçə aydan sonra hər şey dünya kuboku üçün hazır olacaq”.

2026-cı il dünya çempionatı üç Şimali Amerika ölkəsində – ABŞ, Meksika və Kanadada keçiriləcək. Argentina millisi son dünya çempionudur.

Digər Xəbərlər
Xəbər Lenti
11 Noyabr 12:00 Vinisius satılacaqmı?
11 Noyabr 08:20 Cavidin “yem”i - VİDEO