Gələcək dünya çempionu C qrupundan çıxacaq?

2 Dekabr 2017 12:00 Dünya çempionatı 577
Gələcək dünya çempionu C qrupundan çıxacaq?

DÇ-2018-in final mərhələsinin püşkatması keçirildikdən sonra statistiklər bəzi maraqlı faktlar açıqlayıblar.

Sportinfo.az xəbər verir ki, bu faktlardan biri Peru yığması ilə bağlıdı. Peru yığması indiyə qədər 4 dəfə DÇ-nin final mərhələsində iştirak edib.

Maraqlıdı ki, hər dəfə də Perunun yer aldığı qrupda olan komandalardan biri sonda dünya çempionu olub. 1930-cu ildə bu xoşbəxtliyə Uruqvay yığması çatıb.

1970-ci ildə Peru Braziliya ilə eyni qrupda olub. 1978-ci ildə isə Argentinanın bəxti gətirib. 1982-ci ildə isə Peru İtaliyanın yer aldığı qrupda qərarlaşıb.

Sonda isə bu komandalar dünya çempionu olublar. Rusiyada keçiriləcək DÇ-də Peru C qrupunda - Fransa, Danimarka və Avstraliya ilə mübarizə aparacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti