DÇ-2018-in 32-ci iştirakçısı da bəlli olub. Sportinfo.az xəbər verir ki, 32-ci vəsiqəyə Peru sahib çıxıb. Peru yığması pley-off oyunlarında Yeni Zelandiyaya qalib gəlib.
Yeni Zelandiyada keçirilən ilk oyunda hesab açılmamışdı -0:0. Cavab qarşılaşmasında isə Peru 2:0 hesabı ilə qalib gəlib.
Yığmanın DÇ-yə vəsiqə qazanması münasibətilə ölkədə bir gün qeyri-iş günü elan olunub.

