Daha bir komanda dünya çempionatına vəsiqə qazandı - FOTO

15 Noyabr 2017 19:24 Dünya çempionatı 641
Daha bir komanda dünya çempionatına vəsiqə qazandı - FOTO

Daha bir komanda 2018-ci il dünya çempionatına vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, Avstraliya yığması bunu bacaran 31-ci kollektiv olub. Pley-off mərhələsinin səfərdə baş tutan ilk matçında Hondurasla qolsuz bərabərə qalan yaşıl qitə təmsilçisi evdə keçirdiyi cavab oyununda 3:1 hesabı ilə qalib gəlib.

Avstraliya millisinin heyətində hər üç qolu Mile Edinak vurub. O, 54-cü dəqiqədə hesabı açdığı halda, 72 və 85-ci dəqiqələrdə penaltidən fərqlənib. Yekun nəticəni isə 90+4-cü dəqiqədə qonaqların futbolçusu Meynor Fiqeroa müəyyənləşdirib.

Bunadək meydan sahibi Rusiya ilə yanaşı, Belçika, Almaniya, İngiltərə, İspaniya, Polşa, İslandiya, Serbiya, Fransa, Portuqaliya, İsveçrə, Xorvatiya, İsveç, Danimarka, Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Nigeriya, Kosta-Rika, Misir, Panama, Uruqvay, Kolumbiya, Argentina, Seneqal, Mərakeş və Tunis mundialda iştirak etmək hüququna sahib çıxıb.

Son vəsiqənin sahibi noyabrın 16-da Bakı vaxtı ilə saat 06:15-də start götürəcək Peru - Yeni Zelandiya matçından sonra müəyyənləşəcək. Bu kollektivlər arasında baş tutan ilk görüşdə qolsuz heç-heçə qeydə alınıb.

Dünya çempionatının oyunları gələn il iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərinin 12 stadionunda keçiriləcək. Püşkatma mərasimi dekabrın 1-də Moskvada təşkil olunacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti