Avropadan DÇ-2018-ə son "bilet" Danimarkanın oldu - VİDEO

15 Noyabr 2017 08:00 Dünya çempionatı 580
Avropadan DÇ-2018-ə son "bilet" Danimarkanın oldu - VİDEO

DÇ-2018-in Avropa zonası üzrə seçmə mərhələsinin sonuncu pley-off oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, son vəsiqə uğrunda həlledici matçda Danimarka və İrlandiya yığmaları üz-üzə gəlib.

Danimarkada keçirilmiş ilk qarşılaşmada qol qeydə alınmamışdı. Bu üzdən də bütün suallara cavab görüşündə aydınlıq gələcəkdi.

Matçda hesabı meydan sahibləri açıblar. Amma möhtəşəm əzmkarlıq nümayiş etdirən danimarkalılar qalan dəqiqələrdə ardıcıl 5 qol vuraraq, mundiala vəsiqə əldə ediblər.

İrlandiya – Danimarka 1:5 (ilk oyun 0:0)
Daffi, 6 - Kristensen, 29. Eriksen, 32; 63; 74. Bendtner, 90-pen.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti