Görəsən, millimizə görə avromobiıini yandıran olar? - VİDEO

12 Noyabr 2017 09:39 Dünya çempionatı 514
Görəsən, millimizə görə avromobiıini yandıran olar? - VİDEO

Mərakeş yığmasının azarkeşləri Belçikanın paytaxtı Brüsseldə iğtişaş törədiblər.

Sportinfo.az xəbər verir ki, onlar komandalarının Rusiyada keçiriləcək dünya çempionatı – 2018-ə vəsiqə qazanmasını şəhərdə iğtişaş törətməklə qeyd ediblər.

Xuliqanlar bu məqsədlə küçədə bir neçə avtomobili yandırıblar. Bundan əlavə, onlar şəhər mərkəzində bir neçə müasir incəsənət abidəsini dağıdıblar. Polis azarkeşlərə qarşı su şırnağından istifadə etmək məcburiyyətində qalıb.

Mərakeş millisi Afrika təsnifat mərhələsinin Fildişi Sahilinə qarşı keçirilən oyununda 2:0 hesabı ilə qalib gələrək gələn il keçiriləcək mundiala vəsiqə qazanıb. Dünya çempionatına çıxan digər Afrika ölkəsi Tunis olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti