Pley-off: Danimarka evdə İrlandiya ilə bacarmadı - VİDEO

12 Noyabr 2017 09:13 Dünya çempionatı 541
Pley-off: Danimarka evdə İrlandiya ilə bacarmadı - VİDEO

DÇ-2018-in seçmə mərhələsində Avropa zonası üzrə pley-offun ilk oyunlarına yekun vurulub.

Sportinfo.az xəbər verir ki, son gündə də bir görüş baş tutub. Günün yeganə oyununda Danimarka yığması İrlandiya ilə üz-üzə gəlib.

Bu görüşdə tərəflər 90 dəqiqə ərzində qapılara yol tapa bilməyiblər və görüş heç-heçə bitib.

Bu üzdən də cütün taleyinə cavab matçında aydınlıq gələcək. Tərəflərin həlledici qarşılaşması noyabrın 14-də İrlandiyada baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti