Tunis və Mərakeş yığmaları DÇ-2018-ə vəsiqə qazandı

12 Noyabr 2017 00:10 Dünya çempionatı 505
Tunis və Mərakeş yığmaları DÇ-2018-ə vəsiqə qazandı

Tunis və Mərakeş yığmaları Rusiyada keçiriləcək dünya çempionatı–2018-ə vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, Tunis millisi Afrika qitəsi üzrə keçirilən təsnifat mərhələsinin 6-cı turunda Liviya ilə heç-heçə edib və "A" qrupunun turnir cədvəlində Konqo Demokratik Respublikası üçün əlçatmaz olub.

Rades şəhərində keçirilən görüş 0:0 hesabı ilə başa çatıb. Mərakeş isə "C" qrupunda Fildişi Sahilinə qalib gəlib. Abicanda baş tutan matç 2:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

DÇ-2018 - Afrika. A Qrupu. 6-cı tur
Tunis – Liviya - 0:0

DÇ-2018 - Afrika. C Qrupu. 6-cı tur
Fildişi Sahili – Mərakeş - 0:2
0:1 – Dirar – 25, 0:2 – Benatia – 30

Mərakeş yığması 1998, Tunis isə 2006-cı ildən bu yana dünya çempionatlarında iştirak etmir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti