“Qarabağ”ın hücumçusu oynamadı, milli DÇ-a vəsiqə qazanmadı

11 Noyabr 2017 10:05 Dünya çempionatı 473
“Qarabağ”ın hücumçusu oynamadı, milli DÇ-a vəsiqə qazanmadı

DÇ-2018-in seçmə mərhələsi çərçivəsinin Afrika zonası üzrə 5-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın hücumçusu Dino Ndlovunun formasını geyindiyi Cənubi Afrika Respublikası millisi doğma meydanda Seneqalla qarşılaşıb.

Matç qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Ndlovu bu görüşün iştirakçısı olmayıb. O, oyunu sonadək ehtiyat oyunçular skamyasından izləyib.

CAR millisi Seneqal, Burkino Faso və Kape Verdenin yer aldığı D qrupunda 4 xalla sonuncu pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti