DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında pley-off mərhələsinin oyunlarına start verilib. Sportinfo.az xəbər verir ki, pley-off mərhələsinin ən çox maraq doğuran qarşılaşmalarından biri ikinci oyun günündə keçirilib.
İsveç və İtaliya Stokholmda münasibətlərinə aydınlıq gətiriblər. Bu görüşün də taleyini bir qol həll edib. Meydan sahibləri minimal hesabla üstün olublar.
Mərhələnin ilk oyunlarına noyabrın 11-də keçiriləcək Danimarka - İrlandiya matçı ilə yekun vurulacaq.

