Messi və Zidan Moskvada DÇ-2018-in rəsmi topunu təqdim etdi

10 Noyabr 2017 00:40 Dünya çempionatı 527
Messi və Zidan Moskvada DÇ-2018-in rəsmi topunu təqdim etdi

Dünya futbolunun ulduzları 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatının (DÇ-2018) rəsmi topunu Moskvada təqdim edib.

Sportinfo.az xəbər verir ki, tədbirdə "Barselona" futbol komandasının hücumçusu Lionel Messi, "Real"ın baş məşqçisi Zinəddin Zidan, "Milan"ın və Braziliyanın keçmiş yarımmüdafiəçisi Kaka, "Yuventus"un və İtaliya yığmasının sabiq hücumçusu Alessandro Del Pyero, eləcə də "Real"ın və İspaniyanın keçmiş yarımmüdafiəçisi Xabi Alonso iştirak edib.

Almaniyanın "Adidas" şirkəti tərəfindən hazırlanan topun adı "Telstar 18"-di. DÇ-2018 oyunları iyunun 14-dən iyulun 15-dək Moskva, Sankt-Peterburq, Kazan, Nijni Novqorod, Samara, Volqorad, Yekaterinburq, Kalininqrad, Soçi, Rostov Don və Saransk şəhərlərində keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti