Sankt-Peterburqda DÇ-2018 üçün tikilən stadionun tikintisi zamanı yeyintiyə yol verilib.
Sportinfo.az xəbər verir ki, Sankt-Peterburqun sabiq vitse-qubernatoru Marat Ohanesyan arenanın inşası zamanı 50 milyon rubl məniməsyib.
O, mənimsəmə faktını boynuna alıb. Ohanesyan yeyinti ilə bağlı aparılan araşdırmalardan sonra 2016-cı ilin noyabr ayında Moskvada həbs edilmişdi. Məhkəmə bu məsələ ilə bağlı işə noyabrın 13-də baxacaq.
İstintaqın versiyasına görə, Ohanesyan stadionun tikintisinə subpodratçı qismində TDM səhmdar cəmiyyətinin qanunsuz cəlb olunmasını təmin etmişdi. Ohanesyanı 10 ilə qədər həbs cəzası gözləyir.

