Azərbaycansız DÇ-2018: Kimlər gedir, kimlər qalır, kimlər gözləyir?

8 Noyabr 2017 14:00 Dünya çempionatı 604
Azərbaycansız DÇ-2018: Kimlər gedir, kimlər qalır, kimlər gözləyir?

Milli komandaların daha bir dünya kuboku uğrunda yarışının əsas mərhələsinin əksər iştirakçıları məlumdu.

Gələn il iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində yerləşən 12 stadionda təşkil ediləcək final mərhələsinə vəsiqə uğrunda mübarizə aparan 31 ölkə sırasına Avropadan Belçika, Almaniya, İngiltərə, İspaniya, Polşa, Serbiya, Portuqaliya, Fransa ilə yanaşı, tarixdə ilk dəfə İslandiya da vəsiqə qazanıb.

Seçmə pley-offda daha 4 vəsiqə sahibinə qovuşacaq. Bunun üçün seçmə qruplarda ikinci yerləri tutmuş komandalardan 8 ən yaxşısı püşk əsasında cütlük yaradaraq pley-offda mübarizə aparacaqlar.

İkinci yerləri tutanlar arasında ən naçarı Slovakiya olub. Noyabrın 9-dan 14-dək evdə-səfərdə prinsipi ilə üz-üzə gələcək cütlər isə belədi:

9 noyabr və 12 noyabr: XorvatiyaYunanıstan və Şimali İrlandiya - İsveçrə;

10 noyabr və 13 noyabr: İsveçİtaliya;

11 noyabr və 14 noyabr: Danimarkaİrlandiya.

İslandlar turnirin yeganə debütantı olmayacaqlar. Bu hüquqa Şimali, Mərkəzi Amerika və Karib hövzəsi (KONKAKAF) zonasından Panama da ilk dəfə sahib olub.

ABŞ komandasının sensasiyalı şəkildə yüksələ bilmədiyi mərhələdə bu zonadan Meksika, Kosta Rika da iştirak edəcək. Honduras isə seçmə pley-offda qüvvəsini sınayacaq.

Cənbui Amerikadan (KONMEBOL) ənənə üzrə bütün çempionatların yeganə iştirakçısı Braziliya, son anda bu vəsiqədən yapışmış Argentina, həmçinin UruqvayKolumbiya Rusiyaya yollanırlar. Dairəvi sistem üzrə keçirilən yarışda 5-ci yeri tutmuş Peru şansını pley-offda axtaracaq.

Asiyanın da əsas mübarizədən Rusiya yolçuları bilinir: İran, Koreya Respublikası, Yaponiya və Səudiyyə Ərəbistanı. Avstraliya ilə Suriya regional pley-offda yarışıblar. İlk oyun heç-heçə (1:1), ikincisi isə Avstraliyanın xeyrinə nəticələnib (2:1) və Asiyanın Okeaniyalı qonağı qitələrarası daha bir seçmə pley-offa yollanıb.

Qitələrarası pley-offlarda Honduras Avstraliya, Okeaniyanın qalibi Yeni Zelandiya isə Peru ilə üz-üzə gələcəklər. Matçlar noyabrın 14-ə qədər keçirilməlidi.

Bir sözlə, noyabrın 14-də Rusiya mundialının tam tərkibi məlum olacaq. Final mərhələsinin püşkü isə cari il dekabrın 1-də Rusiya paytaxtı Moskvanın Dövlət Kreml Sarayında atılacaq. Bu zaman komandaların 16 oktyabr reytinqi əsas hesab olunacaq.

Avropa zonası.

«A» qrupu

10 oktyabr: Niderland - İsveç 2:0, Fransa - Belarus 2:1, Lüksemburq - Bolqarıstan 1:1.

1. Fransa 10 7 2 1 18-6 23

2. İsveç 10 6 1 3 26-9 19

3. Niderland 10 6 1 3 21-12 19

4. Bolqarıstan 10 4 1 5 14-19 13

5. Lüksemburq 10 1 3 6 8-26 6

6. Belarus 10 1 2 7 6-21 5

«B» qrupu

10 oktyabr: Portuqaliya - İsveçrə 2:0, Macarıstan - Farerlər 1:0, Latviya - Andorra 4:0.

1. Portuqaliya 10 9 0 1 32-4 27

2. İsveçrə 10 9 0 1 23-7 27

3. Macarıstan 10 4 1 5 14-14 13

4. Farerlər 10 2 3 5 4-16 9

5. Latviya 10 2 1 7 7-18 7

6. Andorra 10 1 1 8 2-23 4

«D» qrupu

9 oktyabr: Uels - İrlandiya 0:1, Serbiya - Gürcüstan 1:0, Moldova - Avstriya 0:1.

1. Serbiya 10 6 3 1 20-10 21

2. İrlandiya 10 5 4 1 12-6 19

3. Uels 10 4 5 1 13-6 17

4. Avstriya 10 4 3 3 14-12 15

5. Gürcüstan 10 0 5 5 8-14 5

6. Moldova 10 0 2 8 4-23 2

«G» qrupu

9 oktyabr: İsrail - İspaniya 0:1, Albaniya - İtaliya 0:1, Makedoniya - Lixtenşteyn 4:0.

1. İspaniya 10 9 1 0 36-3 28

2. İtaliya 10 7 2 1 21-8 23

3. Albaniya 10 4 1 5 10-13 13

4. İsrail 10 4 0 6 10-15 12

5. Makedoniya 10 3 2 5 15-15 11

6. Lixtenşteyn 10 0 0 10 1-39 0

«H» qrupu

10 oktyabr: Belçika - Kipr 4:0, Estoniya - Bosniya və Herseqovina 1:2, Yunanıstan - Cəbəllütariq 4:0.
1. Belçika 10 9 1 0 43-6 28

3. Yunanıstan 10 5 4 1 17-6 19

2. Bosniya-Hers. 10 5 2 3 24-13 17

4. Estoniya 10 3 2 5 13-19 11

5. Kipr 10 3 1 6 9-18 10

6. Cəbəllütariq 10 0 0 10 3-47 0

«İ» qrupu

9 oktyabr: Ukrayna - Xorvatiya 0:2, Finlandiya - Türkiyə 2:2, İslandiya - Kosovo 2:0.

1. İslandiya 10 7 1 2 16-7 22

2. Xorvatiya 10 6 2 2 15-4 20

3. Ukrayna 10 5 2 3 13-9 17

4. Türkiyə 10 4 3 3 14-13 15

5. Finlandiya 10 2 3 5 9-13 9

6. Kosovo 10 0 1 9 3-24 1

İkinci yerəri tutmuş komandaların cədvəli:

1. İsveçrə 8 7 0 1 18-6 21

2. İtaliya 8 5 2 1 12-8 17

3. Danimarka 8 4 2 2 13-6 14

4. Xorvatiya 8 4 2 2 8-4 14

5. İsveç 8 4 1 3 18-9 13

6. Şim. İrlandiya 8 4 1 3 10:6 13

7. Yunanıstan 8 3 4 1 9-5 13

8. İrlandiya 8 3 4 1 7-5 13

9. Slovakiya 8 4 0 4 11-6 12

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti