Rusiyada keçiriləcək dünya çempionatı - 2018-in hakim siyahısı ilin sonunadək müəyyən ediləcək.
Çempionatın oyunları 14 iyun – 15 iyul tarixlərində Rusiyanın 11 şəhərində keçiriləcək. Sportinfo.az xəbər verir ki, bunu TASS-a FİFA-nın Hakimlər Departamentinin başçısı Massimo Buzakka deyib.
"Siyahının açıqlanacağı dəqiq tarix, hələ ki, yoxdur, lakin bu, tezliklə baş verməlidir. Düşünürəm ki, biz bunu cari ilin sonunadək müəyyən edəcəyik. Bizi çox iş gözləyir, yarım ilimizi turnirə hazırlığa həsr edəcəyik", - deyə o bildirib.

