Dünya çempionatı üçün stadion tikən azərbaycanlı milyarderdən anons: "Devalvasiya hər şeyi alt-üst etdi"

24 Oktyabr 2017 12:24 Dünya çempionatı 758
Dünya çempionatı üçün stadion tikən azərbaycanlı milyarderdən anons: "Devalvasiya hər şeyi alt-üst etdi"

Gələn il Rusiyada keçiriləcək dünya çempionatının keçiriləcəyi stadionların tikintisini həyata keçirən podratçılar rublun dəyərdən düşməsindən sonra onlara ayrılan vəsaitlərin tikinti işlərini başa çatdırmağa kifayət etmədiyinə görə narazılıq edirlər.

Sportinfo.az versia.ru saytına istinadən xəbər verir ki, Volqoqrad və Nijny Novqorod şəhərlərindəki stadionlarının tikintisini həyata keçirən “Stroytransgaz” şirkətinin rəhbəri, Putinin dostu, oliqarx Gennadi Timçenko hökumətə az qala ultimatum verib: əgər müqavilədə nəzərdə tutulmuş məbləği 15 milyard rubldan 18-20 milyard rubla qaldırmasalar onun şirkətləri tikintidən imtina edəcək.

Saytın yazdığına görə buna oxşar ultimatumu Kalininqrad və Rostovda stadionların tikintisini həyata keçirən “Crocus Group” şirkətinin rəhbəri Araz Ağalarov da irəli sürüb.

Podratçılar narazıdı ki, stadionların tikintisi üçün nəzərdə tutulan büdcə devalvasiyadan əvvəl tərtib edilmişdi. Hazırda isə rublun indiki məzənnəsi ilə bu işləri başa çatdırmaq mümkün deyil. Hökumət isə əlavə pul ayırmaq istəmir.

Devalvasiya ilə əlaqədar stadionların tikintisinə ayrılan vəsaitlərin bəs etməyəcəyini ötən il Ağalarov özü də “Kommersant”a müsahibəsində bildirmişdi.

"Rublun devalvasiyası hər şeyi alt-üst etdi. Devalvasiya üzündən podratçılardan heç biri təsdiq olunmuş büdcə ilə bu işlərin öhdəsindən gələ bilməyəcək. Hazırkı kursla bir obyektin tikintisi təxminən 200 milyon dollara başa gəlməlidi.

FİFA tarixində belə şey olmayıb. Bundan əvvəl çempionatı qəbul edən Braziliyada bir stadionun tikintisi 400 milyon dollara başa gəlmişdi. Hələ onlarda iqlim şərtləri bizdən xeyli yaxşıdı" - Ağalarov həmin müsahibədə deyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti