Millimizə qalib gələn Şimali İrlandiyanın DÇ yolu İsveçrədən keçir

17 Oktyabr 2017 16:24 Dünya çempionatı 549
Millimizə qalib gələn Şimali İrlandiyanın DÇ yolu İsveçrədən keçir

2018-ci il dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, İsveçrənin Sürix şəhərində təşkil olunmuş tədbirə seçmə mərhələdə qrup 2-cisi olan 8 komanda qatılıb.

Dünya çempionatı gələn il iyunun 14-dən iyulun 15-dək Rusiyada təşkil olunacaq. Püşkatma nəticəsində onlar 4 cütə bölünüblər:

Şimali İrlandiya - İsveçrə
Xorvatiya - Yunanıstan
Danimarka - İrlandiya
İsveç - İtaliya

İlk oyunlar 9 - 11 noyabrda, cavab görüşləri 12 - 14 noyabrda keçiriləcək.

İndiyədək dünya çempionatına 22 ölkə yığması vəsiqə qazanıb:
Avropa: İngiltərə, Belçika, İslandiya, İspaniya, Almaniya, Polşa, Serbiya, Fransa, Portuqaliya
Cənubi Amerika: Argentina, Braziliya, Kolumbiya, Uruqvay
Şimali Amerika: Kosta Rika, Meksika, Panama
Asiya: İran, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Yaponiya
Afrika: Nigeriya, Misir

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti