Bu gün DÇ-2018-in pley-off mərhələsinin püşkü atılır

17 Oktyabr 2017 12:00 Dünya çempionatı 583
Bu gün DÇ-2018-in pley-off mərhələsinin püşkü atılır

Bu gün DÇ-2018-in Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılacaq. Sportinfo.az xəbər verir ki, seçmə mərhələdə qrup ikincisi olan komandalar arasında ən yüksək göstəriciyə malik 8 yığma 4 vəsiqə uğrunda mübarizədəki son rəqibini tanıyacaq.


4 cüt təşkil edəcək komandalar püşk ərəfəsində iki səbətə bölünüb. FİFA reytinqində daha yüksək pillələrdə olan İsveçrə, İtaliya , Xorvatiya və Danimarka milliləri səpələnmişlər sırasında yer alıblar.

Bu yığmalar Şimali İrlandiya , İsveç , İrlandiya və Yunanıstan komandalarından biri ilə görüşəcək. İsveçrənin Sürix şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Pley-off mərhələsinin ilk oyunları noyabrın 9-11-də, cavab qarşılaşmaları 12-14-də keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti