Peru və Kolumbiya razılaşdırılmış matçda şübhəli bilinirlər. Sportinfo.az xəbər verir ki, Peru yığması və Kolumbiya seçməsi dünya çempionatının seçmə yarışının son turunun matçı zamanı heç-heçə haqqında razılaşıblar.
Bu nəticə kolumbiyalılara mundiala birbaşa vəsiqəni, perululara isə Yeni Zelandiyaya qarşı keçid mərhələsi görüşündə iştirakı təmin edib. Perulular 5-ci pilləni tutmaqla “play-off”da Yeni Zelandiya ilə mundiala çıxmaq uğrunda mübarizə hüququ əldə ediblər.
Matçın gedişi zamanı Kolumbiya yığmasının baş məşqçisi Xose Pekerman Radamelyu Falkaoya bildirib ki, Braziliya seçməsi Çiliyə 3:0 hesabı ilə qalib gəlir, Venesuela yığması isə Paraqvayın qapısına 1 qol vurub.
Falkao Peru komandasının oyunçularına yaxınlaşıb və matçı heç-heçə - 1:1 hesabı ilə qurtarmağı təklif edib.
Peru yığmasının kapitanı Paolo Herrero milli komandaya öz komanda yoldaşlarına matçı sakitcə oynayıb qurtarmağa çağırıb. Oyun beləcə heç-heçə qurtarıb.FİFA-nın hadisənin araşdırılmasına başlayacağı gözlənilir.

