Panamada bir günlük tətil elan edilib. Sportinfo.az xəbər verir ki, buna səbəb Panama millisinin dünya çempionatına vəsiqə qazanması olub.
Panama prezidenti Xuan Karlos Varela bu qələbə münasibətilə ölkədə bir günlük bayram tətili elan edib.
DÇ-2018-in seçmə mərhələsinin Şimali və Mərkəzi Amerika zonasının qrupunda son turda Kosta-Rikaynı 2:1 hesabı ilə məğlub edən Panama millisi tarixi ərzində ilk dəfə mundiala vəsiqə qazanıb.

