ABŞ autsayderlə məğlub oldu, DÇ-dən kənarda qaldı.

11 Oktyabr 2017 15:12 Dünya çempionatı 531
ABŞ autsayderlə məğlub oldu, DÇ-dən kənarda qaldı.

KONKAKAF zonasında DÇ-2018-in seçmə mərhələsində son turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, ABŞ millisi səfərdə qrupun autsayderi Trinidad və Tobaqo ilə qarşılaşıb. ABŞ autsayderlə oyunda 1:2 hesabı ilə məğlub olaraq, DÇ-dən kənarda qalıb.

ABŞ-ın büdrəməsindən Honduras maksimum yararlanıb. Honduras öz meydanında lider Meksikaya 3:2 hesabı ilə qalib gələrək, pley-off mərhələsinə vəsiqə əldə edib.

Kosta Rikanı qəbul edən Panama isə 2:1 hesabı ilə qalib gələrək, DÇ-yə birbaşa vəsiqə qazanıb. Bu zonada Kosta Rika ilə Meksika daha əvvəl vəsiqəyə sahib çıxmışdılar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti