Bu komandalar mundialın qrup mərhələsində üz-üzə gəlməyəcək

11 Oktyabr 2017 12:48 Dünya çempionatı 581
Bu komandalar mundialın qrup mərhələsində üz-üzə gəlməyəcək

2018-ci il dünya çempionatının final mərhələsinin püşkatma mərasimi üçün birinci səbətin tərkibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bunlar təşkilatçı ölkə kimi Rusiya ilə yanaşı, Almaniya, Braziliya, Portuqaliya, Argentina, Belçika, Polşa və Fransadır. Bu komandalar mundialın qrup mərhələsində bir-biri ilə oynamayacaqlar.

İkinci səbətə İspaniya, İngiltərə, Kolumbiya, Meksika və Uruqvayın düşəcəyi dəqiqdir. Qalan 3 komanda noyabrda təşkil olunacaq "pley-off" qarşılaşmalarından sonra müəyyənləşəcək.

Hələlik 23 ölkə dünya çempionatına vəsiqəni təmin edib. Püşkatma mərasimi dekabrın 1-də Kremldə keçiriləcək.

Oyunlar isə gələn il iyunun 14-dən iyulun 15-dək Rusiyanın Moskva, Sankt-Peterburq, Kazan, Soçi, Nijni-Novqorod, Samara, Volqoqrad, Rostov, Kalininqrad, Yekaterinburq və Saransk şəhərlərində təşkil olunacaq.

Püşkatma üçün səbətlərin tərkibi müəyyənləşdirilərkən, FİFA-nın oktyabr reytinqi nəzərə alınacaq. Reytinqin tərtib olunması üçün lazımi oyunların hamısı artıq keçirilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti