Avstraliya Rusiyaya bir addım da yaxınlaşdı - Suriya möcüzəsi bitdi

10 Oktyabr 2017 17:00 Dünya çempionatı 586
Avstraliya Rusiyaya bir addım da yaxınlaşdı - Suriya möcüzəsi bitdi

DÇ-2018-in seçmə mərhələsinin Asiya zonasının pley-off mərhələsinin cavab oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, Malayziyada keçirilmiş ilk matçda 1:1 hesablı heç-heçəyə razılaşmış Suriya və Avstraliya milliləri Sidneydə münasibətlərinə aydınlıq gətiriblər.

Bu dəfə də 1:1 hesabı qeydə alınıb. Əlavə vaxtda daha bir dəfə fərqlənən “kenqurular” mundiala bir addım da yaxınlaşıblar.

İndi Avstraliya millisi Rusiyada keçiriləcək dünya çempionatına vəsiqə qazanmaq üçün KONKAKAF zonasının dördüncüsünü üstələməlidi.

Avstraliya - Suriya 2:1 ə/v (ilk oyun 1:1)

Qol: Keyhill, 13; 109 - Al-Soma, 6.

Qırmızı vərəqə: Al-Mavas, 94 (Suriya).

Digər Xəbərlər
Xəbər Lenti