Ermənistan Portuqaliyaya biabırçı hesabla uduzdu!

17 Noyabr 2025 01:40 Dünya çempionatı 989
Ermənistan Portuqaliyaya biabırçı hesabla uduzdu!

DÇ-2026-nın seçmə mərhələsinin F qrupunda sonuncu - 6-cı turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Portuqaliya millisi Portuda Ermənistan komandasını qəbul edib.

Görüşdə meydan sahibləri rəqiblərini darmadağın edib - 9:1.

Portuqaliyanın qollarını Renatu Veyqa (7), Qonsalu Ramuş (28), Joau Neveş (30, 41, 81), Bruno Fernandeş (45+3, 52, 72-pen.) və Fransişku Konseysau (90+2) vurub, Ermənistandan isə Eduard Spertsyan (18) fərqlənib.

Portuqaliya qrupu 13 xalla lider kimi başa vurub və dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb. Ermənistan isə 3 xalla sonuncu olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti