Avropa çempionatında iştirak edəcək millimizin yekun heyəti

24 Noyabr 2020 18:00 Digər növlər 587
Avropa çempionatında iştirak edəcək millimizin yekun heyəti

Noyabrın 26-da Ukraynanın paytaxtı Kiyevdə start götürəcək bədii gimnastika üzrə Avropa çempionatı üçün Azərbaycan millisinin yekun heyəti açıqlanıb.

Federasiyanın mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, yarışa 11 idmançı yollanıb.

Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova, Darya Sorikina, Arzu Cəlilova və Zöhrə Ağamirova böyüklərin, Nərmin Bayramova, Leyli Ağazadə, Alina Gözəlova, İlona Zeynalova isə yeniyetmələrin mübarizəsində çıxış edəcəklər.

Avropa çempionatına noyabrın 29-da yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!