Milyonçular, Bakıya kimi gözləyin!

20 Mart 2020 09:00 Digər növlər 747
Milyonçular, Bakıya kimi gözləyin!

"Formula-1" üzrə daha 3 Qran-pri koronavirusa pandemiyasına görə baş tutmayacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, Niderland (1-3 may), İspaniya (8-10 may) və Monako (21-24 may) Qran-priləri qeyri-müəyyən müddətədək təxirə salınıb. Mövsümə ən yaxşı halda Azərbaycanda start veriləcəyi qeyd olunub.

Azərbaycan Qran-prisi 5 -7 iyunda təşkil olunmalıdır. "Formula 1" rəhbərliyi daha əvvəl Avstraliyadakı yarışı ləğv edib, Çin Qran-prisini isə təxirə salıb. Mövsümün ilk yarışı olan Avstraliya Qran-prisinin 13-15 martda Melburn şəhərində keçirilməsi planlaşdırılırdı.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar