"Bavariya" "Ayntraxt"ı evdə darmadağın etdi - VİDEO

24 May 2020 00:14 Almaniya 710
"Bavariya" "Ayntraxt"ı evdə darmadağın etdi - VİDEO

Almaniya Bundesliqasında XXVII turun növbəti oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, lider "Bavariya" Frankfurt "Ayntraxt"ını qəbul edib.

Münhendəki "Alyans Arena"da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 5:2.

"Bavariya"nın qollarını 17-ci dəqiqədə Leon Qoretska, 41-ci dəqiqədə Tomas Müller, 46-cı dəqiqədə Robert Levandovski, 61-ci dəqiqədə Alfonso Deyvis və 74-cü dəqiqədə "Ayntraxt"dan Martin Hinteregger öz qapısına vurub.

Hinteregger avtoqoladək 52 və 55-ci dəqiqələrdə "dubl" etməyi bacarıb. Bu nəticədən sonra xalını 61-ə çatdıran "Bavariya" ən yaxın izləyicisi Dortmund "Borussiya"sı ilə fərqi yenidən 4-ə çatdırıb. "Ayntraxt" isə 28 xalla 13-cü yerdə qalıb.

Digər Xəbərlər
Xəbər Lenti