COP29

Vasif Talıbovun oğlundan sonra qardaşının da federasiyası ləğv edildi

29 Noyabr 12:40 Digər növlər 412
Vasif Talıbovun oğlundan sonra qardaşının da federasiyası ləğv edildi

Sportinfo.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Boks Federasiyası fəaliyyətini dayandırıb.

Naxçıvan Boks Federasiyasının prezidenti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qardaşı Məhərrəm Talbov idi.

Naxçıvanda bundan öncə Şahmat və Karate Federasiyaları ləğv edilmişdi. QHT-lər haqqında qanunun 6.1-ci maddəsinə (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunun 6.1-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatları Azərbaycan Respublikasında ümumazərbaycan, regional və yerli statusla təsis oluna və fəaliyyət göstərə bilərlər) uyğun olaraq proses davam edəcək. Muxtar Respublika ərazisindəki bütün federasiyalar ləğv ediləcək və onların əvəzinə Gənclər və İdman Nazirliyinin tərkibində idman növlərinə uyğun şöbələr fəaliyyət göstərəcək.

Digər Xəbərlər
Xəbər Lenti