Çexiyada beynəlxalq turnirdə iştirak edəcək - Azərbaycanın 5 gimnastı

18 Aprel 00:10 Digər növlər 179
Çexiyada beynəlxalq turnirdə iştirak edəcək - Azərbaycanın 5 gimnastı

Çexiyanın paytaxtı Praqada keçiriləcək aerobika gimnastikası üzrə “Czehc Aerobic Open” beynəlxalq turnirində iştirak edəcək gənclərdən ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.

Sportinfo.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda ölkəmizi 5 gimnast təmsil edəcək.

Məşqçi Emil Quliyevin rəhbərliyi altında Fidan İbrahimova, Leyla Əhmədova, Evelina Kozlovskaya üçlük və qrup, Məryəm Topçubaşova ilə Sara Əlixanlı isə fərdi və qrup proqramında qüvvələrini sınayacaqlar.

Hakim Tünzalə Daşdəmirova da yarışda Azərbaycanı təmsil edəcək.

Beynəlxalq turnir aprelin 18-21-i aralığında baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 12:40 "Qarabağ" SUSDU