COP29

Azərbaycan yığması Ermənistana gedəcək? - Rəsmi açıqlama

21 Mart 2023 01:10 Digər növlər 316
Azərbaycan yığması Ermənistana gedəcək? - Rəsmi açıqlama

Sportinfo.az xəbər verir ki, Azərbaycan Ağır Atletika Federasiyası idmançılarımızın Ermənistanda keçiriləcək Avropa çempionatında iştirak edəcəyi ilə bağlı məlumatlara aydınlıq gətirib.

Federasiyadan bildirilib ki, komandamızın Ermənistanda keçiriləcək təsnifat xarakterli Avropa çempionatında iştirakı ilə bağlı məlumatlar Avropa Ağır Atletika Federasiyasının sifarişlərin qəbulu üzrə onlayn sistemi vasitəsilə ilkin olaraq göndərilib.

“İştirak ilə bağlı son təsdiq aprelin 11-nə qədər sistem vasitəsilə təqdim edilməlidir. Sadəcə, prosedur qaydalarına riayət və təmin olunması üçün təmaslar olmalıdır. Bu proses isə hələ başlamayıb. Əlavə məlumat olduqca, ictimaiyyətə məlumat veriləcək”, - açıqlamada qeyd edilib.

Bir neçə gün əvvəl Ermənistan tərəfi Azərbaycan idmançılarının da yarışda iştirak edəcəyini bildirmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"