Məmmədov bu il yeni layihə həyata keçirəcək

28 Yanvar 2023 03:00 Digər növlər 366
Məmmədov bu il yeni layihə həyata keçirəcək

"Azərbaycan əfsanələri" layihəsinə Badr Harini dəvət edəcəyəm".

Sportinfo.az xəbər verir ki, bunu “Best Of The Best Promotion”un prezidenti Elnur Məmmədov azərbaycanlı kikboksçu Çingiz Əlləzov və Muay tay döyüşçüsü Xəyal Canıyevin iştirakı ilə təşkil edilən mətbuat konfransında deyib.

O, bu il yeni layihə həyata keçirəcəklərini söyləyib: "Azərbaycanı dünyada tanıdan idmançılarla birlikdə proyektimiz olacaq.

Həmçinin, fəxri qonaqların olması nəzərdə tutulub. Badr Hari ilə də yaxın münasibətimiz var.

Bu konfransın səbəbkarları olan idmançılarımız dünyaca məşhur simaları məğlub ediblər, onlara şans vermədilər. Həm Çingiz, həm də Xəyal bizim ailə üzvlərimizdirlər".

Məmmədov Azərbaycanda kikboksun səviyyəsinin yüksək olmadığını etiraf edib:

“Azərbaycanda bu idman növünə həvəskar səviyyədə yanaşılır, peşəkar kikboksinq yoxdur. Amma MMA növündə yaxşı idmançılarımız var.

Çingiz Əlləzovun nailiyyətini, bəlkə də, 100 il, 300 il ərzində heç kim edə bilməz. O, yüksək səviyyəli idmançıları elə döyüşlərlə məğlub etdi ki, bunu təkrarlamaq çətindir.

Həvəskar idmançılara da, MMA döyüşçülərinə də həmişə dəstək olmağa çalışmışam. Müəllimlər də bu işə peşəkar səviyyədə yanaşmalıdırlar.

Mən özüm idmançı olanda xaricdə hazırlıq keçdikdən sonra bura gəlirdim, yerli idmançılar zəif gəlirdi. İdmançılarımızın səviyyəsini artırmaq üçün müəllimlər çalışmalıdırlar”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"