Azərbaycan millisi Xorvatiyada uğurlu çıxış etdi - FOTOLAR

1 Dekabr 2022 00:50 Digər növlər 459
Azərbaycan millisi Xorvatiyada uğurlu çıxış etdi - FOTOLAR

Azərbaycanın savat üzrə milli komandası 25-26 noyabr tarixində Xorvatiyanın Varazadin şəhərində keçirilən beynəlxalq «Draqon Çelenc» turnirində iştirak edib.

Sportinfo.az xəbər verir ki, yığma yarışa baş məşqçi Taleh Nağızadə və məşqçi Yusif Alıhüseynovun rəhbərliyi ilə yollanıb.

Azərbaycan idmançıları Balkan ölkəsində uğurlu nəticə göstərərək, ölkəmizə medallar qazandırıb.

Qadınların kateqoriyasında yarışan Tutu İsmayılova 48 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Digər qızıl medalı Ümid Zeynalzadə (36 kq çəki dərəcəsində) ələd edib

Turqay Nəsibovla Uğur Quluzadə gümüş, Riyad Əliyev, Sənan Babazadə, Yaşar Musayev və Məhəmməd Süleymanov bürünc medallara yiyələnib.

Digər Xəbərlər
Xəbər Lenti