“Çamadanım hazırdır, səni gözləyirəm” – BU, NƏ SÖHBƏTDİR?

26 Sentyabr 2021 00:56 Digər növlər 681
“Çamadanım hazırdır, səni gözləyirəm” – BU, NƏ SÖHBƏTDİR?

“Çamadanım çoxdan hazırdır”.

Sportinfo.az xəbər verir ki, bu sözlər MMA döyüşçüsü Nəriman Abbasova aiddir.

O, dağıstanlı keçmiş UFC çempionu Həbib Nurməhəmmədovun mərhum atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr olunmuş turnirdə Şamil Zavurovu məğlub etdiyi titul döyüşü barədə danışıb.

“Qəbələ”nin 27 yaşlı təmsilçisi döyüşdən sonra Həbib Nurməhəmmədova ünvanladığı “Çamadanım hazırdır, səni gözləyirəm” sözlərinə belə aydınlıq gətirib:

“Gözləyəcəyik, bir-iki gün dincələk və özümüzə gələk. Bu barədə açıqlamalar olacaq. Həbib məni UFC-yə keçirəcəyinə dair söz verib.

Danışıqlarımız olacaq. Öz postunda paylaşmışdı ki, söz vermişəmsə, əməl edəcəm.

Danışıqlar gedəcək, baxacağıq. Hələlik qarşıda hansı döyüşün olacağı ilə bağlı məlumat yoxdur”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!