"Mən orada nə baş verdiyini görmədim" - BAKIDA HADİSƏ

6 İyun 2021 14:00 Digər növlər 730
"Mən orada nə baş verdiyini görmədim" - BAKIDA HADİSƏ

"Gün bizim üçün uğurlu alındı. Çünki bu qədər rəqabətli olacağımızı gözləmirdik".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turunun qalibi olan "Ferrari" pilotu Şarl Lekler deyib.

24 yaşlı sürücü bütün rəqiblərini qabaqladığı üçün xoşbəxt olduğunu bildirib:

"Komanda yoldaşım Karlos Sayns qəza keçirdi. Amma mən orada nə baş verdiyini görmədim. Ümid edirəm ki, bu, komandada ciddi problemə çevrilməyəcək".

Lekler sıralama turunda bolidinin yaxşı performans göstərdiyini əlavə edib: "Bizi çətin anlar gözləyir. Bakı Monako deyil, burada rəqibi ötmək olur.

Birinci yeri tutmaq üçün əlimizdən gələni etməyə çalışacağıq. Amma çətin olacaq".

Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq. Həmin gün ilk olaraq "Formula-2"də yekun mərhələ baş tutacaq.

Ardınca pilotların paradı, açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da "Formula 1"də əsas yarış başlayacaq və yekunda qalib müəyyənləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır