Azərbaycanda "Formula-1"in ilk günü - FOTOREPORTAJ

5 İyun 2021 02:24 Digər növlər 886
Azərbaycanda "Formula-1"in ilk günü - FOTOREPORTAJ

"Formula 1" üzrə Azərbaycan Qran-prisində ilk günə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, sayca beşinci dəfə təşkil olunan yarışın birinci günündə "Formula 2"də sərbəst yürüş və sıralama turu, "Formula 1"də isə 2 sərbəst yürüş gerçəkləşib.

"Formula 2"də "Hitech Grand Prix" komandasından Yuri Vips sərbəst yürüşdə, onun komanda yoldaşı Liam Louson isə sıralama turunda finişə birinci çatıb.

"Formula 1"də isə "Red Bull" sürücüsü Maks Ferstappen birinci, həmin komandanın digər üzvü Serxio Peres ikinci sərbəst yürüşün qalibi olub.

İyunun 5-də "Formula-2"də sprint yarışları, həmçinin "Formula-1"də üçüncü sərbəst yürüş və sıralama turu olacaq.

İyunun 6-da ilk olaraq "Formula-2"də yekun yarış baş tutacaq. Ardınca pilotların paradı, açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da "Formula 1"də əsas yarış başlayacaq və yekunda qalib müəyyənləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu