Gənclər arasında Azərbaycan birinciliyinin ilk qalibləri

28 Fevral 2019 10:36 Cüdo 535
Gənclər arasında Azərbaycan birinciliyinin ilk qalibləri

Gənc cüdoçular arasında keçirilən Azərbaycan birinciliyinin ilk qalibləri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunan yarışın birinci günündə Gülşən Bağırova (44 kq), Mirağa Hacıyev (55 kq), Gültac Məmmədəliyeva (52 kq), Davud Abbaslı (66 kq), Diana Şoranova (63 kq), Vüsal Şamilov (81 kq), Aliyə Müslümova (78 kq) və Abdulla İsmayılov (100 kq) bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adını qazanıblar.

Yarışa bu gün yekun vurulacaq. Azərbaycan birinciliyində 51 klubdan 276 cüdoçu iştirak edir. Onların 230-u oğlan, 46-sı isə qızdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!