Ustalar arasında Azərbaycan çempionatı necə başa çatdı?

26 Fevral 2019 12:12 Cüdo 762
Ustalar arasında Azərbaycan çempionatı necə başa çatdı?

Bakı İdman Sarayında usta cüdoçular arasında Azərbaycan çempionatı keçirilib.

Sportinfo.az xəbər verir ki, yarışda müxtəlif kateqoriyalar üzrə 110 veteran idmançı medallar uğrunda mübarizə aparıb.

Çempionatın qalib və mükafatçılarına medallar, Azərbaycan Cüdo Federasiyasınin diplomları təqdim olunub.

Usta cüdoçular arasında respublika çempionatının qalibləri Avropa birinciliyində mübarizə aparacaqlar.

Fevralın 25-də həmçinin para cüdo üzrə Azərbaycan çempionatı keçirilib. Yarışda gözdən əlil 32 cüdoçu iştirak edib.

Fəxri kürsüyə qalxan atletlərə Cüdo Federasiyasının və Milli Paralimpiya Komitəsinin diplomları, medallar təqdim olunub.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM