Azərbaycan millisi "Böyük Dəbilqə"də 3-cü oldu - VİDEO

25 Fevral 2019 08:36 Cüdo 538
Azərbaycan millisi "Böyük Dəbilqə"də 3-cü oldu - VİDEO

Azərbaycan cüdo yığması Almaniyanın Düsseldorf şəhərində keçirilən Böyük Dəbilqə turnirində 93 ölkə arasında üçüncü yeri tutub.

Sportinfo.az xəbər verir ki, komanda bu uğura 1 qızıl, 3 bürünc medal sayəsində nail olub.

Məlumata görə, 9 qızıl, 3 gümüş, 2 bürünc medal qazanan Yaponiya birinci, 1 qızıl, 1 gümüş, 3 bürünc medalı olan Braziliya 2-ci yeri tutub.

Amma kişilərin yarışında Azərbaycan 1 qızıl, 2 gümüş medalla yalnız Yaponiyadan geri qalıb. Gündoğar ölkə 6 qızıl, 2 gümüş medala yiyələnib.

Qadınların yarışında isə 1 bürünc medal əldə edən milli komanda Avstriya və Portuqaliya ilə birgə 14 - 16-ci yerləri bölüşdürüb.

Böyük Dəbilqə turnirində Məmmədəli Mehdiyev (90 kq) qızıl, Rüstəm Orucov (73 kq), Zelim Kotsoyev (100 kq) və İrina Kindzerska (+78 kq) bürünc medal qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!