Azərbaycanlı yeniyetmələr İspaniya turnirinə uğurla başladı

17 Fevral 2019 09:52 Cüdo 498
Azərbaycanlı yeniyetmələr İspaniya turnirinə uğurla başladı

İspaniyanın Fuengirola şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku turnirinə start verilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan cüdoçuları beynəlxalq yarışın ilk günü 1 qızıl və 1 bürünc medal qazanıblar.

55 kq çəki dərəcəsində yarışan Nicat Məmmədli bütün rəqiblərinə qalib gələrək Avropa kubokunun qalibi olub.

66 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Mətin Rzazadə yalnız bir görüşdə uduzaraq 3-cü yeri tutub. Fuengirola turnirində 25 ölkədən 488 cüdoçu mübarizə aparır.

Azərbaycanı beynəlxalq turnirdə 8 cüdoçu təmsil edir. Daha əvvəl cüdoçu Oruc Vəlizadə Romada qızıl medal qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!