“Qəbələ”li Kokauri növbəti mükafatını Parisdə qazandı

12 Fevral 2019 16:48 Cüdo 498
“Qəbələ”li Kokauri növbəti mükafatını Parisdə qazandı

“Qəbələ” İdman Klubunun cüdoçusu Uşangi Kokauri növbəti mükafatını qazanıb.

Sportinfo.az xəbər verir ki, idmançımız Fransanın paytaxtı Parisdə təşkil olunan “Böyük dəbilqə” turnirində fərqlənib.

+100 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz 5 görüş keçirib. Öncə çinli Yinqju Yin, ardınca gürcüstanlı Georgi Zakariadzeni məğlub edən Kokauri 1/4 finala adlayıb.

Bu mərhələdə yaponiyalı Hisayoşi Harasavaya uduzan cüdoçumuz təsəlliverici qarşılaşmada qüvvəsini sınamalı olub.

Almaniyalı Sven Heynleyə qalib gələn Kokauri 3-cü yer uğrunda görüşdə israilli Or Sassonla qarşılaşıb. Yarışda 4-cü qələbəsini qazanan Kokauri bürünc medala yiyələnib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!