Mmedal son gündə qazanıldı: İrina 1-ci, Məmmədəli 3-cü oldu

29 Yanvar 2019 00:50 Cüdo 507
Mmedal son gündə qazanıldı: İrina 1-ci, Məmmədəli 3-cü oldu

Cüdoçuların Təl-Əviv qran-prisi sona yetib.

Sportinfo.az xəbər verir ki, millimiz yarışın 3-cü günündə medal qazana bilib.

Qadınlarda İrina Kindzerska (+78 kq) finala qədər itkisiz irəliləyib. Həlledici tutaşmada ukraynalı Yekaterina Kalaninaya da qalib gələn təmsilçimiz fəxri kürsünün ən yüksək zirvəsinə çıxıb.

Digər mükafata Məmmədəli Mehdiyev (90 kq) yiyələnib. O, 3-cü yer tutub. Bakıda keçirilən son dünya çempionatının gümüş medaıçısı Uşanqi Kokauri (+100 kq) 5-ci yerlə kifayətlənib.

Tural Safquliyev (90 kq), Elmar Qasımov (100 kq) və Şahin Qəhrəmanov (+100 kq) ilk 7-liyə düşə bilməyiblər.

Mükafat yarışlarında ilk pilləni tutanlar hesablarına 700, 2-ci yerə 490 və 3-cü sırada qərarlaşanlar 350 xal; 5-ci və 7-ci mövqeyə çıxanlar müvafiq olaraq 252 və 182 xal yazıblar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!