"Qəbələ"li Kokauri Qran-Pridə 5-ci yeri tutdu - FOTO

27 Yanvar 2019 11:24 Cüdo 478
"Qəbələ"li Kokauri Qran-Pridə 5-ci yeri tutdu - FOTO

“Qəbələ” İdman Klubunun və Azərbaycan milli komandasının cüdoçusu Uşanqi Kokauri İsraildə keçirilən Təl-Əviv Qran-Prisində iştirak edib.

Sportinfo.az xəbər verir ki, təmsilçimiz yarışın üçüncü günündə tatami üzərinə çıxıb.

+100 kq çəki dərəcəsində qüvvəsini sınayan cüdoçumuz yarışa ardıcıl qələbələrlə başlayıb. Öncə rumıniyalı Daniel Natea, ardınca belaruslu Aleksandr Vaxnavyakı məğlub edən Kokauri yarımfinala yüksəlib.

Finala vəsiqə uğrunda qarşılaşmada onun rəqibi fransalı Or Sasson olub. Məğlubiyyətlə üzləşən cüdoçumuz bürünc medal uğrunda qarşılaşmaya çıxıb.

Rusiyalı Anton Krivobokova uduzan təmsilçimiz turniri 5-ci yerdə başa vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!