Murad Fətiyev Qran-pridə bürünc görüşünə vəsiqə qazandı

26 Yanvar 2019 00:10 Cüdo 592
Murad Fətiyev Qran-pridə bürünc görüşünə vəsiqə qazandı

Azərbaycan cüdoçusu Murad Fətiyev İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Qran-pridə bürünc medal uğrunda güləşəcək.

Sportinfo.az xəbər verir ki, 81 kq çəkidə çıxış edən yığma üzvü mübarizəyə 1/32 finaldan başlayıb.

O, ardıcıllıqla Ouen Kohlanı (Avstrailya), Cek Hattonu (ABŞ) və Sebatyan Martsinkeviçi (Polşa) məğlub etdikdən sonra 1/4 finalda Muki Saqiyə (İsrail) uduzub.

Təsəlliverici görüşdə Antonio Espozitonu (İtaliya) üstələyən Fətiyev axşam saatlarında bürünc medal görüşündə Kristian Parlati (İtaliya) ilə qarşılaşacaq.

73 kq çəkidə yarışan Hidayət Heydərov ilk, Rüstəm Orucov isə ikinci görüşdə uduzaraq fəxri kürsüyə yüksəlmək şansını itirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!